EN

İşte Benim Stilim in iştirakçısının meyiti tapıldı

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

"İşte Benim Stilim" yarışması ilə tanınan Ayşegül Eraslanın evində ölü tapılması barədə xəbərlər yayılıb. Sosial media fenomeninin yaxınlarının səhər saatlarında vəziyyətdən xəbər tutaraq aidiyyatı qurumlara məlumat verdiyi bildirilir. Hadisə yerinə gələn tibbi yardım heyəti gənc qadının həyatını itirdiyini müəyyən edib. Polis əməkdaşları faktla bağlı araşdırmalara başlayıb. Ölümün dəqiq səbəbinin müəyyən edilməsi üçün ekspertizanın keçiriləcəyi gözlənilir.Eraslanın sosial media hesabındakı son paylaşımları hadisənin intihar olması ehtimalını artırıb. O, instaqram hesabında paylaşmadığı və kimsənin bilmədiyi şeylərin olduğunu qeyd edərək sadəcə yaxşı insan olduğunu vurğulayıb. Bu mesajdan dərhal sonra hesabda qanlı qeyd fotosunun paylaşılması izləyicilər arasında böyük narahatlıq yaradıb. Hazırda hüquq-mühafizə orqanları bu paylaşımların hadisə ilə əlaqəsini və ölümün təfərrüatlarını araşdırır.İstanbul doğumlu olan 27 yaşındakı Ayşegül Eraslan moda dizayneri kimi fəaliyyət göstərirdi. Televiziya layihəsindən sonra böyük kütlə tərəfindən tanınan dizayner İstanbuldakı emalatxanasında işlərini davam etdirirdi. Bir çox dəfilələrin açılış libaslarına imza atan gənc qadının qəfil ölümü sevənlərini sarsıdıb. Hadisənin dəqiq başvermə səbəbləri aparılan soruşturma nəticəsində bəlli olacaq.İsmayıl

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
24
1
demokrat.az

2Sources