EN

Neftimizin qiyməti artdı -

"Azeri Light" markalı neftin düya bazarında 1 barelinin qiyməti 105,58 ABŞ dolları təşkil edib.

"Yeni Sabah" xəbər verir ki, artım 10,15 dollar və ya 10,63%-dir.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 10,23 ABŞ dolları və ya 11,19 % artaraq 101,63 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.


Telegram kanalımız
Chosen
77
49
yenisabah.az

10Sources