EN

İki xanıma vəzifə verildi

Şamama Əmirova Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecinə, Aysel Səfixanova isə Sumqayıt Musiqi Kollecinə tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər.

Publika.az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, Şamama Əmirova bakalavr təhsilini Azərbaycan Dillər Universitetində "İngilis dili müəllimliyi" ixtisası üzrə alıb. Daha sonra ADA Universitetində "Təhsil menecmenti" ixtisası üzrə magistratura bitirib. O, 2013-2020-ci illərdə Laçın rayonu 10 nömrəli tam orta məktəbdə ingilis dili müəllimi işləyib, 2020-ci ildən etibarən isə həmin məktəbin direktoru vəzifəsində fəaliyyət göstərib.

Aysel Səfixanova bakalavr təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "İnstrumental ifaçılıq" ixtisası üzrə, magistratura təhsilini isə Azərbaycan Milli Konservatoriyasında fərqlənmə ilə başa vurub. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetində "Menecment" ixtisası üzrə ikinci ali təhsil alır.

Chosen
30
12
publika.az

10Sources