EN

Narendra Modi və Məsud Pezeşkian regiondakı vəziyyəti müzakirə ediblərFOTO

Hindistanın Baş naziri Narendra Modi ilə İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.

 

Senzor.az bildirir ki, N. Modi bu barədə "X"dəki hesabında yazıb.

 

Onun sözlərinə görə, M. Pezeşkianla söhbət əsnasında regiondakı vəziyyət müzakirə edilib. "Gərginliyin artmasından və mülki şəxslərin həyatını itirməsindən, eləcə də mülki infrastruktura dəyən ziyandan dərin narahatlığımı ifadə etdim" , - Modi bildirib.

 

Telefon danışığı zamanı Hindistan vətəndaşlarının təhlükəsizlik və mühafizəsi, maneəsiz tranziti ətrafında fikir mübadiləsi aparılıb.

 

Modi dialoq və diplomatiya çağırışı edib.


Chosen
41
2
senzor.az

3Sources