EN

Oğul Xamenei atasının cəsədini görüb: “Sağ əli yumruq kimi sıxılmışdı...”

ain.az, Yeniavaz saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, İranın yeni dini lideri Müctəba Xamenei Ekspertlər Məclisi tərəfindən seçildikdən sonra ilk dəfə ictimaiyyətə müraciət edib.

Yeniavaz.com xəbər verir ki, o, müraciətində hələ dəfn olunmamış atası Ayətullah Əli Xamenei ilə bağlı hisslərini ifadə edib.

Xamenei atasının şəhidliyindən sonra onun cəsədini görmək imkanının olduğunu bildirib.

O, gördüyü mənzərənin ruhunda dərin iz buraxdığını qeyd edib.

Xamenei atası haqqında “O, dağ kimi möhkəm və dözümlü idi” deyərək, sağ əlinin yumruq kimi sıxıldığını bildiriib.

Yeni ali lider bunun müqavimətin son əlaməti olduğunu deyib.

Qeyd edək ki, İranın dini lideri Ayətullah Əli Xamenei ABŞ və İsrailin İrana qarşı həyata keşirdiyi ilk hücumlarda öldürülüb. Onun ölümü ölkənin liderlik keçidini sürətləndirib və Müctəba Xamenei tezliklə yeni dini lider seçilib. Hücumlar nəticəsində Müctəba Xameneinin həyat yoldaşı Zəhra Həddad Adel də həlak olub. Xəbərlərə görə, Xameneinin oğullarından biri də hücumlarda öldürülüb. Xamenei ailəsi müharibə zamanı digər itkilərlə də üzləşib. Hücumlarda həlak olanlar arasında Müctəba Xameneinin bacısı, kürəkəni və bir neçə qohumu da var. Bundan əlavə, Əli Xameneinin bəzi nəvələrinin hücumlarda həlak olduğu bildirilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
7
yeniavaz.com

1Sources