EN

Dəhşətli hücumun detalları bəlli oldu

Xəbər verdiyimiz kimi, ABŞ-ın Miçiqan ştatının Uest-Blumfild şəhərində naməlum şəxs yük maşını ilə sinaqoqa hücum edib. Hadisənin miqyası və zərərçəkənlərlə bağlı yeni təfərrüat bəlli olub.

Publika.az xəbər verir ki, Oklend dairəsinin şerifi Maykl Buşar açıqlamasında bildirib ki, hücum nəticəsində azı 30 hüquq-mühafizə orqanı əməkdaşı xəsarət alıb. Yaralılar arasında şerif departamentinin əməkdaşları və xüsusi təyinatlı dəstənin üzvləri var.

Şerifin sözlərinə görə, binaya daxil olan asayiş keşikçiləri tüstüdən zəhərləniblər və hazırda xəstəxanada müalicə alırlar.

Xatırladaq ki, martın 12-də baş verən hadisə zamanı silahlı şəxs yük avtomobili ilə sinaqoqun binasına daxil olaraq atəş açıb. O, hüquq-mühafizə orqanları tərəfindən zərərsizləşdirilib. Hadisə yerində aparılan araşdırmalar zamanı yük maşınının kuzovunda hücumda istifadə edilən çoxlu miqdarda partlayıcı maddə aşkar edilib.

Hazırda hadisə ilə bağlı genişmiqyaslı təhqiqat davam edir.

Chosen
4
publika.az

1Sources