EN

Səfir azərbaycanlıları Çinə səfərə dəvət etdi

BAKI, 13 mart. TELEQRAF

Azərbaycanlı yeniyetmələrin Çin mahnılarını sərbəst ifa etməsi və ənənəvi istedadlar nümayiş etdirməsi onların artıq bu mədəniyyətə dərindən bağlandıqlarını göstərir.

Teleqraf xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey mətbuat konfransında deyib.

Diplomat qeyd edib ki, yerli bloqerlərin Pekin və Şanxay kimi müasir şəhərlərdən, eləcə də tarixi məkanlardan paylaşdıqları görüntülər böyük maraq doğurur.

Onun sözlərinə görə, bir çox azərbaycanlı artıq Çin mətbəxinə yaxından bələddir, gənclər isə Konfusi İnstitutlarında, o cümlədən yeni açılan Biləsuvar filialında fəal şəkildə Çin dilini öyrənirlər:

“Səfirlik hər kəsin Çini tanıması üçün lazımi şərait yaratmağa davam edəcək”.

Sonda Lu Mey azərbaycanlıları vizasız rejimdən yararlanaraq bu ölkəni ziyarət etməyə çağırıb.

Chosen
24
teleqraf.com

1Sources