EN

Rusiya müharibÉ™dÉ™ 1 276 760 hÉ™rbçisini itirib?


2022-ci ildə Rusiyanın Ukraynaya qarşı başlatdığı tammiqyaslı işğaldan bəri Rusiya ordusunun ümumi itkiləri 1 milyon 276 min 760 hərbçi təşkil edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının son hesabatında yer alıb.
Hesabatda bildirilir ki, son 24 saat ərzində Rusiya tərəfi 780 əsgər itirib. Canlı qüvvə ilə yanaşı, Rusiya ordusu hərbi texnika baxımından da ciddi itkilərlə üzləşib. Məlumata görə, müharibə müddətində 11 min 766 tank, 24 min 197 zirehli döyüş maşını və 38 min 319 artilleriya sistemi məhv edilib.
Statistikaya əsasən, indiyədək Rusiyaya məxsus 435 təyyarə, 349 helikopter, 31 gəmi və 2 sualtı qayıq sıradan çıxarılıb. Bundan əlavə, məhv edilən pilotsuz uçuş aparatlarının sayı 173 min68-ə çatıb.
Qeyd edək ki, Ukrayna tərəfi milli təhlükəsizlik və məxfilik səbəbilə öz itkilərini rəsmi şəkildə açıqlamır. Lakin Ukrayna Prezidenti Volodimir Zelenski fevral ayında verdiyi açıqlamada, itkin düşənlər istisna olmaqla, ən azı 55 min Ukrayna əsgərinin öldüyünü bildirib.
Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) 2026-cı ilin yanvarında yayımladığı hesabatda isə Ukraynanın yaralılar da daxil olmaqla ümumi itkilərinin 500-600 min arasında olduğu qeyd edilir.

Murad Məmmədov
Chosen
19
2
yeniavaz.com

3Sources