Çin Azərbaycanda keçiriləcək beynəlxalq tədbirlərdə fəal iştirak edəcək.
APA xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey səfirlikdə keçirilən brifinqdə deyib.
“Bu il Azərbaycan Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissiyanın illik iclasına, 13-cü Ümumdünya Şəhərsalma Forumuna (WUF13) və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin sammitinə, eləcə də digər çoxtərəfli tədbirlərə ev sahibliyi edəcək. Çin bu tədbirlərdə fəal iştirak edəcək”, – səfir vurğulayıb.