EN

Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin Tokat vilayətinin Niksar rayonunda 5.5 bal gücündə zəlzələ baş verib.
ONN media xəbər verir ki, bu barədə Türkiyənin Təbii Fəlakət və Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.
Yerli vaxtla 03:35-də baş verən zəlzələ yerin 6.37 kilometr dərinliyində meydana gəlib.
Zəlzələ Tokat daxil olmaqla Samsun, Çorum, Amasya, Sinop və ətrafdakı bir çox vilayətdə hiss olunub.
Dağıntı və insan tələfatı qeydə alınmayıb.

Chosen
74
1
onn.az

9Sources