18 mərtəbəli binanın 11-ci mərtəbəsində mənzil sahibi olmaq istəyən vətəndaş evini seçdiyi mərtəbəyə çatanda binanın tikintisinin yarımçıq dayandırıldığını bildirir.
Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, müraciət edən şikayətçi pulunu ödədiyi mənzili təhvil almaqda problem yaşadığını deyir.
Vücal Əliyevin sözlərinə görə, o, "MM Park" MMC ilə mənzil alqı-satqısı ilə bağlı müqavilə imzalayarkən binanın tikintisi artıq üçüncü mərtəbəyə çatmışdı. Üst mərtəbələrə qədər tikinti normal şəkildə davam etsə də, sonradan işlər dayandırılıb.
Məsələ ilə bağlı adıçəkilən tikinti şirkətinin məsul şəxsi Şahlar Qurbanov bildirib ki, vətəndaşın narazılığı əsaslıdır, lakin problemin səbəbi başqa amillərlə bağlıdır.
Tikinti şirkətinin nümayəndəsi qeyd edib ki, əgər binanın tikintisinin davam etdirilməsi üçün müvafiq icazələr verilməzsə, Vücal Əliyev məhkəməyə müraciət edərək şirkətdən ödədiyi məbləğin gecikmə faizi də nəzərə alınmaqla geri qaytarılmasını tələb edə bilər.
Bizim.Media