EN

Kənd məktəbindən iki bacı RFO-nun finalçısı olub

Xəbər verdiyimiz kimi, Respublika fənn olimpiadasının (RFO) yarımfinal mərhələsinin nəticələri açıqlanıb.

AzEdu.az xəbər verir ki, final mərhələsində iştirak hüququ əldə edən Biləsuvar şagirdlərindən ikisi bacıdır.

Onlar Biləsuvar rayonu E. Kərimov adına Amankənd kənd tam orta ümumtəhsil məktəbinin 9-cu sinif şagirdi Fatimə Əlizadə və 11-ci sinif şagirdi Tahirə Əlizadədir.

Hər iki bacı Azərbaycan dili və ədəbiyyatı üzrə RFO-nun finalında iştirak edəcək.

Qeyd edək ki, sözügedən məktəb üzrə daha bir şagird - 11-ci sinif şagirdi Nərmin Əlizadədə final mərhələsində iştirak hüququ qazanıb.

(mənbə: "Azərbaycan müəllimi")

Chosen
7
6
azedu.az

8Sources