EN

Sumqayıtda partlayış: Yaralılar var - YENİLƏNİB

Sumqayıt şəhərində evdə baş verən partlayış hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, martın 12-də saat 21:20-də Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına iki nəfər (kişi) hospitalizasiya olunub.

"Pasiyentlərə baş və boyun nahiyəsinin termiki, kimyəvi yanıqları, yuxarı ətraf və çiyin qurşağı nahiyəsinin (bilək və əl istisna olmaqla) termiki və kimyəvi yanıqları, həmçinin tənəffüs yollarının termiki və kimyəvi yanıqları diaqnozları təyin edilib.

Zəruri tibbi xidmətlər göstərilən hər iki şəxs daha ixtisaslı tibbi xidmət almaq üçün Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə təxliyə olunub", - deyə məlumatda bildirilir.

***

08:47

Sumqayıt şəhərində evdə partlayış hadisəsi baş verib.

"Cebheinfo.az" Bakıvaxtı.az-a istinadən xəbər verir ki, hadisə şəhərin 47-ci məhəllə ərazisindəki yaşayış binalarının birində qeydə alınıb.

Partlayış nəticəsində 1994-cü il təvəllüdlü Verdiyev Elçin Varyat oğlu və 1973-cü il təvəllüdlü İxtiyarov İxtiyar Ağayar oğlu xəsarət alıb.

Onlar dərhal xəstəxanaya çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"

Chosen
1
23
cebheinfo.az

10Sources