PSJ-nin hücumçusu Osman Dembele karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. Fransalı futbolçunun agenti Mussa Sissoko “Mançester Siti”nin idman direktoru ilə görüşüb.
Dembelenin PSJ ilə müqaviləsinin müddəti 30 iyun 2028-ci ilə qədərdi. Ancaq bu müddətin uzadılması ilə bağlı danışıqlar çətin gedir və tərəflər hələlik ortaq məxrəcə gələ bilməyiblər.
Dembele Paris klubuna 2023-cü ildə, “Barselona”dan 50 milyon avro qarşılığında transfer olunmuşdu.
O, cari mövsümdə PSJ-nin heyətində bütün turnirlərdə 27 oyuna çıxaraq, 12 qol vurub və 7 məhsuldar ötürmə verib.