EN

Azərbaycanda ötən il 610 mln. manata yaxın maliyyə pozuntusu aşkarlanıb

2025-ci ildə dövlət maliyyə nəzarəti tədbirləri nəticəsində 609,7 mln. manat məbləğində maliyyə pozuntuları, artıq və əsassız ödənişlər və digər nöqsanlar aşkar edilib.

APA-Economics” xəbər verir ki, bu barədə Milli Məclisin iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı"nda qeyd olunub.

Hesabata əsasən, Maliyyə Nazirliyi tərəfindən aparılmış nəzarət tədbirləri nəticəsində 32,1 mln. manat artıq xərclənmiş vəsaitin qarşısı alınıb, 53,4 mln. manatın isə dövlət büdcəsinə bərpası təmin edilib.

Yoxlamalar zamanı büdcə təşkilatlarında maliyyə nöqsanlarına yol verildiyinə görə 27 nəfər vəzifəli şəxs barəsində inzibati cərimələr tətbiq olunub və həmin vəsaitlərin dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Eyni zamanda aşkar edilmiş nöqsanların aradan qaldırılması və gələcəkdə belə halların qarşısının alınması məqsədilə aidiyyəti qurumların tabe olduqları mərkəzi və yerli icra hakimiyyəti orqanlarına müvafiq müraciətlər göndərilib.

Chosen
28
2
apa.az

3Sources