EN

Səfir: Çin Azərbaycanın üçüncü ən böyük ticarət tərəfdaşı olub

Çin‑Azərbaycan ticarət dövriyyəsi rekord səviyyəyə yüksəlib.

APA xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey səfirlikdə keçirilən brifinqdə deyib.

“Ötən il Çinlə Azərbaycan arasında ikitərəfli ticarət dövriyyəsi 4,87 milyard ABŞ dolları səviyyəsinə yüksəlib, bu da əvvəlki illə müqayisədə təxminən 30,2% artım deməkdir və üçüncü il ardıcıl olaraq rekord göstərici olaraq qeydə alınıb”, – səfir vurğulayıb.

Diplomat əlavə edib ki, bu ilin yanvar ayında da Çin-Azərbaycan ticarət əlaqələrində davamlı inkişafı özünü göstərib: “Bu ilin yanvar ayında ölkələrimiz arasında ticarət dövriyyəsi 420 milyon ABŞ dollarını ötüb və Çin ilk dəfə olaraq Azərbaycanın üçüncü ən böyük ticarət tərəfdaşı halına gəlib”.

Chosen
35
1
apa.az

2Sources