EN

Ani Ödənişlər Sistemi ilə əməliyyatların ümumi dəyəri 90 %-dən çox artıb

Milli Ödəniş Sisteminin ən müasir komponentlərindən biri olan və 7/24 rejimində fasiləsiz fəaliyyət göstərən AÖS vasitəsilə icra edilən əməliyyatların sayı 2024-cü illə müqayisədə 12,5 dəfə, həcmi isə 90,1% artıb.

FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

“2024–2026-cı illər üzrə maliyyə sektorunun inkişaf Strategiyası”nda AÖS-dən istifadənin genişləndirilməsi əsas prioritetlərdən biri kimi müəyyən edilib.

Bu istiqamətdə atılan addımlardan biri də 2025-ci ildə Mərkəzi Bankın İdarə Heyətinin müvafiq qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində QR kod vasitəsilə ödəniş əməliyyatlarının aparılması üçün tərtib olunan AZQR koda dair Tələblər”in qüvvəyə minməsi olub.

Müvafiq sənəddə AZQR kodun tərtib edilməsinə, formatına, o cümlədən AZQR koda daxil edilən sahələrə dair minimum tələblər müəyyən edilib.

AÖS vasitəsilə 2025-ci ilin ikinci yarımili ərzində həyata keçirilən QR ödənişlərinin sayı birinci yarımillə müqayisədə 6,2 dəfə, ödənişlərin həcmi isə 7,1 dəfə artıb.

Chosen
39
fed.az

1Sources