EN

Nazirliyin 3 müəssisəsi universitetlərin tabeliyinə veriləcək: 8 yeni institut yaradılacaq

Bakı. Trend:

"Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinintabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılmasıvə səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında"Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 4 aprel tarixli545 nömrəli Sərəncamının 1-ci hissəsinin icrasını təmin etməkməqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 7oktyabr tarixli 292 nömrəli Qərarı ilə Nazirliyin tabeliyindəpublik hüquqi şəxslər olaraq 8 İnstitutun (Geologiya, Coğrafiya,Fizika, Kimya, Riyaziyyat, Botanika, Canlı Sistemlərin Tədqiqi vəMolekulyar Biologiya) yaradılması istiqamətində işlərin həyatakeçirilməsinə başlanılıb.

Trend-inməlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasındamüzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyətihaqqında hesabatında öz əksini tapıb.

Hesabata görə, eyni zamanda, Nazirliyin tabeliyindəki üçmüəssisənin müvafiq universitetlərin tabeliyinə verilməsiistiqamətində hazırlıq işlərinə də başlanıb. Polimer Materiallarıİnstitutunun Sumqayıt Dövlət Universitetinin, Ekologiya və TəbiiEhtiyatlar İnstitutu (Gəncə), Bioresurslar İnstitutu (Gəncə), AqrarProblemlər İnstututu (Gəncə) və NəbatatBağının (Gəncə) Gəncə DövlətUniversitetinin, Təbii Ehtiyatlar İnstitutu (Naxçıvan),Bioresurslar İnstitutu (Naxçıvan) və Batabat AstrofizikaRəsədxanasının (Naxçıvan) Naxçıvan Dövlət Universitetinintabeliyinə verilməsi ilə bağlı tədbirlər görülür.

Chosen
22
az.trend.az

1Sources