EN

Biləsuvarda 16 kq narkotik vasitə aşkarlanıb

Bakı. Trend:

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları narkotiklərinqanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlarkeçirib.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumatverilib.

Bildirilir ki, tədbir zamanı 32 yaşlı Şəhriyar Cahangirli və 33yaşlı Əli Quliyev saxlanılıblar. Onlardan 12 kiloqramdan artıqmarixuana, həşiş və tiryək aşkarlanıb.
Həyata keçirilən digər əməliyyat zamanı isə 30 yaşlı Samir Muradovda analoji cinayət əməlində şübhəli bilindiyi üçün saxlanılıb.Həmin şəxsdən 4 kiloqram marixuana, tiryək və psixotrop tərkiblihəblər aşkarlanıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb. Hər üç şəxs barəsindəməhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.

Chosen
21
14
az.trend.az

10Sources