Bakı. Trend:
2025-ci ilin ilkin məlumatlarına əsasən, ölkə iqtisadiyyatındamuzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilənisbətən 9,3 % artaraq 1 102,9manat təşkil edib.
Trend-inməlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasındamüzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyətihaqqında hesabatında öz əksini tapıb.
Bildirilib ki, əməkhaqqı neft-qaz sektorunda 3938,6 manat, qeyri neft-qaz sektorunda 1050,7 manat təşkil edib, dövlət müəssisələrində çalışanişçilərin əmək haqları 1 080,8 manat, özəlmüəssisələrdə isə 1 124,4 manat olub.
Azərbaycan Respublikası Prezidentinin müvafiq aktları ilə dövlətbüdcəsindən maliyyələşən müvafiq təşkilatlarda çalışan rəhbər vədigər işçilərin aylıq vəzifə maaşları orta hesabla 15%, dövlət büdcəsindən maliyyələşən bəzi dövlətorqanlarının dövlət qulluqçusu olmayan mülki işçilərinin (VahidTarif Cədvəli əsasında əməkhaqqı alan işçilər istisna olmaqla)aylıq tarif (vəzifə) maaşları orta hesabla 10 %,həmçinin, hərbi qurumlar və hüquq mühafizə orqanlarında xidmətkeçən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin vəzifəmaaşları orta hesabla 10 %, bir sıra hərbiqurumların və hüquq mühafizə orqanlarının dövlət qulluqçusu olmayanmülki işçilərinin aylıq vəzifə (tarif) maaşları artırılıb.