EN

Ötən il 222 hərbçiyə 1,4 milyon manat ödəniş edilib

Bakı. Trend:

Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemindəsığortaolunan kimi qeydiyyata alınmış şəxslərin sayı 2025-ci ilinsonuna 5,3 milyon nəfərə çatıb.

Trend-inməlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasındamüzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyətihaqqında hesabatında öz əksini tapıb.

Bildirilib ki, 2006-2016-cı illər üzrə sığortaedənlər tərəfindənödənilmiş, lakin sığortaolunanların (hərbçilər və xüsusi rütbəlişəxslər daxil olmaqla) fərdi hesablarında əks etdirilməmiş1 440,6 milyon manat vəsaitdən 2020-2024-cüillərdə görülmüş əməktutumlu fəaliyyətin nəticəsi olaraqsığortaolunanların fərdi hesablarına əks etdirilmiş məbləğlərümumilikdə 89 %-ə və ya 1 276,8milyon manata çatdırılıb.

2025-ci ildə 731 dövlət icbari şəxsi sığortahadisəsi üzrə 760 şəxsə 2,9milyon manat məbləğində sığorta ödənişi həyatakeçirilib.

1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazibütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsiilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortasıhaqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç”bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyimüəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarıəməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmələr həyatakeçirilir.

2025-ci ildə 222 nəfərə təyinat aparılıb, buistiqamət üzrə ödənilmiş vəsaitin ümumi məbləği 1,4milyon manat təşkil edib. Eyni zamanda, birdəfəliködəmənin verilməsinə başlanıldığı 2022-ci il 2 avqust tarixindəntəyinat sayı ümumilikdə, 17 796 nəfər (o cümlədən1 402 müharibə əlilliyi olan şəxsin 2872 vərəsəsinə), ödənilmiş vəsait isə 115,0milyon manat təşkil edib.

Hesabat ilində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyitərəfindən “Dövlət icbari şəxsi sığorta” altsisteminin istifadəyəverilməsi ilə bağlı işlər davam etdirilib və hazırdayekunlaşmaq üzrədir.

Chosen
10
az.trend.az

1Sources