EN

“Karvan” “Araz-Naxçıvan”dan xal ala biləcək?

Bu gün Azərbaycan Premyer Liqasında 24-cü tura start veriləcək. 

Msport.az xəbər verir ki, ilk gündə 2 oyun keçiriləcək.

“Araz-Naxçıvan” “Karvan-Yevlax”ı qəbul edəcək. Görüş saat 18:30-da başlayacaq. Bu komandalar arasında 1-ci və 2-ci dövrənin matçlarında Naxçıvan təmsilçisi qələbə qazanıb (2:1, 2:0). Yevlax klubu son iki oyunda uduzmayıb.

“Şamaxı” “Sumqayıt”ın qonağı olacaq.  Sözügedən komandaların 1-ci dövrədəki oyununda 1:1 hesabı qeydə alınıb. 2-ci dövrənin qarşılaşmasında isə “gənclik şəhəri” təmsilçisi üstün olub – 2:1.

13 mart (cümə)

18:30. “Araz-Naxçıvan” – “Karvan-Yevlax” 
Hakimlər: Kamranbəy Rəhimov, Zeynal Zeynalov, Kərim Zeynalov, İslam Məmmədov
VAR: Elvin Bayramov
AVAR: İnqilab Məmmədov
“Liv Bona Dea Arena”

20:30. “Sumqayıt” – “Şamaxı”
Hakimlər: 
Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Əkbər Əhmədov
VAR: Əli Əliyev
AVAR: Vüsal Məmmədov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

14 mart (şənbə)

15:00. “İmişli” – “Sabah”

19:15. “Zirə” – “Qarabağ”

15 mart (bazar)

15:00. “Kəpəz” – “Turan Tovuz”

18:00. “Qəbələ” – “Neftçi”

Chosen
84
17
msport.az

10Sources