EN

İrana FIFA dan ağır zərbə: DÇ 2026 dan imtinaya görə sərt sanksiyalar gözlənilir

Idman.biz saytına istinadən ain.az xəbər verir.

İran futbol yığmasının dünya çempionatında iştirakdan birtərəfli qaydada imtina edəcəyi təqdirdə, FIFA-nın bu ölkəyə qarşı çox ciddi cəzalar tətbiq edəcəyi gözlənilir.

İdman.Biz “RMC Sport” nəşrinə istinadla xəbər verir ki, turnirdən imtina ediləcəyi halda, FIFA İranın bütün komandalarını öz bayrağı altında keçirilən gələcək yarışlardan kənarlaşdıra bilər. Bundan əlavə, İran Futbol Federasiyası imtina tarixindən asılı olaraq 275 min avrodan (550 min AZN) 555 min avroya (1.1 milyon AZN) qədər cərimələnə bilər. Həmçinin, FIFA-nın İntizam Komitəsi komandaya qarşı əlavə idman sanksiyaları da tətbiq edə bilər.

Xatırladaq ki, bir qədər əvvəl İranın idman naziri Əhməd Donyamali “belə şəraitdə iştirak etmək imkanımız qətiyyən yoxdur” deyərək turnirdən çəkilməyə işarə etmişdi. Gərginlik fevralın 28-də ABŞ və İsrailin İrana endirdiyi raket zərbələrindən sonra pik həddə çatıb. Dünən isə ABŞ prezidenti Donald Tramp İran komandasını turnirdə görməyə şad olduqlarını, lakin onların iştirakını hazırda uyğun hesab etmədiyini bildirib.

Qeyd edək ki, ABŞ, Meksika və Kanadanın ev sahibliyi edəcəyi DÇ-2026-da İran yığması Belçika, Misir və Yeni Zelandiya ilə eyni qrupda yer alıb.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
25
1
icma.az

2Sources