EN

Medina ilə dostuq, tez tez evimə də gəlir, amma bir birimizə qarşı oynayacağımız zaman danışmırıq MÜSAHİBƏ

ain.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"İmişli"nin braziliyalı futbolçusu Rafael Vieqaş Sportal.az saytına müsahibə verib.

- "İmişli" son turda "Şamaxı" ilə heç-heçə etdi(0:0). Bu nəticə sizi nə dərəcədə qane etdi?

- Biz heç bu cür nəticədən razı qalmırıq. Heç-heçəyə görə üzüldük. Çünki biz meydana yalnız 3 xalı qazanmaq üçün çıxmışdıq. Hər matçda qələbə qazanmaq, həmin 3 xalı qazanmaq üçün hər gün çalışırıq. Bizim komandamızın mentaliteti belədir.

- "İmişli" hazırda turnir cədvəlində 9-cu pillədədir. Təhlükə hiss edirsiniz? Çünki 11-ci yerdəki komanda pley-off mərhələsində I Liqada 2-ci yeri tutan komanda ilə qarşılaşacaq. 11-ci pillədəki komandadan cəmi 6 xal geridəsiniz...

- Xal toplamağa davam etmək üçün hər gün işləyirik. Bu, komandamız üçün ən vacib məsələdir. Qarşıda oyunlar çoxdur və işimizi görürük. 

- Əslində, "İmişli" mövsümə bütün gözləntiləri alt-üst edərək, yaxşı nəticələrlə başlamışdı. Bəs sonradan nə baş verdi?

- Bəli, uğurlu olmayan nəticələrlə qarşılaşdıq. Bu, doğrudur. “Araz-Naxçıvan”la görüşdə 90+4-cü dəqiqədə qol buraxdıq. “Kəpəz”lə oyunda da qələbəyə layiq idik. Çünki matçda o qədər qol epizodları yaratmışdıq ki. Hər halda, bunun baş verməsi üçün çalışmağa davam edəcəyik.

- Premyer Liqada son qələbəniz 12-ci turda “Neftçi” ilə görüşdə olub...

- Daha çox çalışmalıyıq. Formasını geyindiyimiz klubu şərəfləndirmək üçün bunu etməliyik. Qalibiyyət yoluna qayıtmağa yaxın olduğumuzdan əminəm. Çünki uzun müddətdir çox çalışırıq, buna da layiqik. 

- "İmişli" növbəti turda "Sabah"la qarşılaşacaq. "Sabah" çempionluq uğrunda mübarizə aparır. Bu mövsüm onları məğlub etmişdiniz. Həmin oyunu necə xatırlayırsan və nəticəni təkrarlaya bilərsiz?

- Yuxarıdakı sualda dediyim kimi, həmişə 3 xalı qazanmaq üçün hər gün çalışırıq. Bu, çox çətin oyun olacaq. "Sabah"ın gücünü hamı bilir. Həqiqətən yaxşı komandadır. Həmin oyunda bizdən çox fədakarlıq və dözümlülük tələb olunacaq.. Amma biz hazırıq və motivasiyalıyıq.

- Portuqaliya və Çexiya çempionatlarında oynamısan. Azərbaycan çempionatı həmin liqalardan hansına bənzəyir?

- Azərbaycan çox yaxşı oyunçuları olan liqadır. Çox rəqabətli liqada oynayıram. Burada olduğum üçün şadam. 

- Bu yay sənin kimi Portuqaliyadan Azərbaycana çox futbolçu gəldi. Onlar arasında daha çox tanıdığın var? Yeri gəlmişkən, "Qarabağ"ın futbolçusu Kevin Medina ilə vaxtı ilə eyni komandada oynamısan. Yaxşı münasibətləriniz qalıb? 

- Bəli, son vaxtlar Portuqaliya futbolundan bir çox oyunçu Azərbaycana gəldi. Portuqaliyada birlikdə oynadığımızdan bəri Kevin Medina ilə dostluq əlaqələrim var. Onunla çox yaxşı yola gedirik. Medina əla insandır, çox təvazökar biridir. Kevinlə həmişə görüşürük. Hətta söhbət etmək üçün evimə gəlir və yaxşı vaxt keçiririk. Yalnız bir-birimizə qarşı oynayacağımız zaman danışmırıq(gülür).

Mirbağırağa

 

saytlarin hazirlanmasi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
2
1
sportal.az

2Sources