ain.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İsraildə İranın yeni təyin olunmuş ali dini lideri Müctəba Xameneinin ölməsi ilə bağlı iddialar çoxalıb.
Axar.az xəbər verir ki, buna səbəb MOSSAD-ın X sosial şəbəkəsindəki Fars bölməsinin Müctəba Xameneinin atası Əli Xameneinin yerinə təyin olunması ilə bağlı yerləşdirdiyi paylaşım olub.
“Onlara rəhbərlik etmək üçün ölünü seçdilər. Başlamadan əvvəl işini bitirən bir ölü...”, - paylaşımda bildirilib.
Qeyd edək ki, Müctəba Xamenei ABŞ və İsrailin endirdiyi zərbələr nəticəsində yaralanıb. Onun yaralanması İran Xarici İşlər Nazirliyi tərəfindən də təsdiqlənib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.