Bakı, 13 mart, AZƏRTAC
Sosial şəbəkələrdə paylaşılan və paytaxt ərazisində avtobus zolağında hərəkət edən “Ferrari” markalı avtomobillə bağlı görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a bildirilib ki, aparılan araşdırmalar nəticəsində həmin nəqliyyat vasitəsi saxlanılaraq duracağa yerləşdirilib.Araşdırmalarla müəyyən olunub ki, görüntülər ötən il çəkilib. Sürücü barəsində qanunvericiliyə uyğun olaraq müvafiq məsuliyyət tədbirləri görülüb.