EN

Beş ulduz oyunçu "Real Madrid"in növbəti oyunu üçün istirahət edəcək

"Real Madrid"in baş məşqçisi Alvaro Arbeloa La Liqada "Elçe" ilə qarşıdakı oyun üçün heyətdə dəyişiklik planlaşdırıb.

90deqiqe.Az-ın "Marca"ya istinadən məlumatına görə, bunlara Antonio Rüdiger, Trent Aleksandr-Arnold, Aurelien Tçuameni, Federiko Valverde və Tibo Kurtua daxildir.

Daniel Karvaxal, Manuel Anxel, Qonzalo Qarsiya, Fran Qarsiya və Andrey Luninin start heyətində yer alması gözlənilir.

27-ci turun qarşılaşması şənbə günü, "Los Blancos"un Çempionlar Liqasında "Mançester Siti" ilə qarşılaşmasından cəmi üç gün sonra baş tutacaq. Növbəti çərşənbə axşamı "Madrid" səfərdə "şəhərlilər"lə oynayacağı üçün bir çox əsas oyunçu "Elçe"yə qarşı istirahət edəcək."Real Madrid"in "Elçe" ilə oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. 

Chosen
2
90deqiqe.az

1Sources