EN

"Təhlükəsizlik yastığı baxımından son dərəcə vacibdir" - Deputat

"2025-ci ildə qlobal iqtisadiyyatdakı qeyri-müəyyənliyin yüksək olmasına baxmayaraq, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar ölkəmizdə iqtisadi artım tempinin qorunub saxlanmasına imkan verdi".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Vüqar Bayramov bildirdi.

O əlavə etdi ki, 2025-ci ildə neft-qaz sektorunda əlavə dəyər 0,6% azalsa da, qeyri-neft sektorunda 2,7%-lik artım bütövlükdə ümumi iqtisadiyyatdakı artım tempinin qorunub saxlanmasına imkan verdi:

"Bu isə onu göstərir ki, 2025-ci ildə iqtisadi artımın drayveri məhz qeyri-neft-qaz sektoru oldu. Çox müsbət məqamlardan biri də sənayedə qeyri-neft-qaz sektorunun payının yüksək olması və artım tempinin kəskinləşməsidir. Belə ki, 2025-ci ildə sənayenin qeyri-neft-qaz sektorunda 5,5% artım qeydə alındı. Ümumi iqtisadi artımı qeyri-neft ÜDM-dəki artımla müqayisə etsək, bu kifayət qədər ciddi göstəricidir. Bu fakt eyni zamanda onu göstərir ki, 2025-ci ildə ekosistemin inkişafı iqtisadiyyatın strukturunun daha da təkmilləşməsinə, sənaye sektorunun, xüsusən də qeyri-neft-qaz sənayesinin aparıcı istiqamətə çevrilməsinə imkan yaratdı. Təbii ki, 2025-ci ildə əldə edilən uğurlar 2026-cı ildə iqtisadiyyatın diversifikasiyası ilə bağlı siyasətin davam etdirilməsinə, həm büdcə gəlirlərində, həm də ÜDM-də qeyri-neft sektorunun payının daha da artmasına imkan verəcək. Belə ki, 2026-cı ildə büdcə gəlirlərində qeyri-neft sektorunun payı 57%, ÜDM-də isə 70%-dən çox olacaq. Bu da onu göstərir ki, 2025-ci ilin yekunları cənab Prezident tərəfindən müəyyənləşdirilən iqtisadiyyatın diversifikasiyası ilə bağlı hədəflərin 2026-cı ildə də uğurla davam etdirilməsinə zəmin yaradır.

Cənab prezident daha əvvəl çıxışlarının birində qeyd etdiyi kimi, Azərbaycan xüsusilə dövlət rezervlərinin artım tempini qoruyub saxlayan ölkələrdəndir. 2025-ci ildə dövlət rezervlərinin təxminən 20% artaraq 85,1 milyard dollara çatması, eyni zamanda 2025–2026-cı illərdə qlobal və regional geosiyasi təhdidlərin artması fonunda Azərbaycan iqtisadiyyatı üçün ciddi iqtisadi təhlükəsizlik yastığı formalaşdırdı. Çünki Azərbaycan ÜDM-in rezervlərlə təminat səviyyəsinə görə yüksək göstəricilərə malik olan az saylı ölkələrdəndir. Belə ki, ölkəmizdə ümumi valyuta ehtiyatlarının ÜDM-ə nisbəti 12% artıqdır. Bu isə təhlükəsizlik yastığı baxımından son dərəcə vacibdir".

Nuriyyə NATİQQIZI

Chosen
41
1
redaktor.az

2Sources