Ajans.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb. Sənəddə qeyd olunur ki, son zamanlar satışa mənşəyi bilinməyən ətin çıxarılması kütləvi zəhərlənmələrə, müəyyən xəstəliklərə səbəb olur və insanlarda ciddi narahatlıq yaradır. Qeyd olunur ki, ət satışında qadağalar olmadığı üçün işbazlar bundan sui-istifadə edirlər. Bildirilir ki, ənənəvi olmayan və ölkəmizdə əti yeyilməyən heyvanların siyahısının hazırlanmasına və bu kateqoriyadan olan ətlərin satışının qadağan edilməsinə ehtiyac var.