EN

Azərbaycanın strateji valyuta ehtiyatlarının həcmi açıqlanıb

Bakı. Trend:

Hesabat dövründə strateji valyuta ehtiyatları ilin əvvəlindəntəqribən 14.1 milyard dollar və ya 20 % artaraq 85 milyard dollarıkeçib.

Trend xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisinbugünkü plenar iclasında Nazirlər Kabinetinin 2025-ci ildəfəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.

Baş nazir bildirib ki, hazırda strateji valyuta ehtiyatlarıtəxminən 91 milyard dollardır: “Bu, ÜDM-dən 12% çoxdur və dünyadaadambaşına düşən ehtiyatlara görə ən yüksək göstəricilərdənbiridir. Bu göstərici xarici dövlət borcunu (4,8 milyard dollar) 18dəfəyədək üstələyir”.

Ə.Əsədov xatırladıb ki, 2025-ci ildə inflyasiya hədəfdiapazonunda olub: “Belə ki, illik inflyasiya 5.2%, orta illikinflyasiya isə 5.6% təşkil edib.

Makroiqtisadi idarəetmənin keyfiyyəti maliyyə intizamı və fiskaldayanıqlılıq göstəricilərində də aydın görünür.

2025-ci ildə dövlət büdcəsinin gəlirləri təqribən 39.2 milyardmanat (5.4 % çox), xərcləri isə 38,6 milyard manat (2.4% çox) icraolunub”.

Chosen
34
7
az.trend.az

10Sources