ain.az, sport24.az portalına istinadən məlumat yayır.
"İlk hissədə rəqibin sıx müdafiə olunmasına görə hücumlarımız kəsərsiz alınırdı. "Şimal" əvvəlki kimi deyil, heyətlərini gücləndiriblər. Komanda olaraq daha yaxşı futbol oynamağa başlayıblar". Bu sözləri Sport24.az-a açıqlamasında "Şəfa"nın baş məşqçisi Elgiz Kərəmli deyib.Gənc mütəxəssis komandasının Birinci Liqanın 18-ci turu çərçivəsində baş tutan "Şimal"la matçı şərh eib:"Son iki turda 7 qol vurub qələbə qazanmaqları təsadüfi deyil. Qarşılaşma istədiyimiz kimi alınmırdı. Birinci hissədə 3-4 yüz faizlik qol epizodlarımız oldu, dəyərləndirə bilmədik. İkinci yarıya daha aqressiv başladıq artırdıq və bunun da nəticəsi olaraq hesabı aça bildik. Hər dəfə yaxşı oynamaq olmur. Əsas odur ki, 3 xalı aktivimizə yazdırdıq. Sonuncu dövrə başlayıb. Qarşıda ağır oyunlarımız var. Bunun üçün psixoloji və fiziki cəhətdən hazır olmalıyıq. Düşünürəm ki, belə davam edəcəyimiz təqdirdə çempion ola bilərik".Qeyd edək ki, "Şimal" - "Şəfa" matçı qonaqların 0:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.