EN

ÜHST Azərbaycanın xırdabuynuzlu heyvanların taunu xəstəliyindən azad ölkə statusunu təsdiqləyib

Bakı. Trend:

Azərbaycan Respublikasının xırdabuynuzlu heyvanların taunu(Peste des petits ruminants – PPR) xəstəliyindən azad ölkə statusuÜmumdünya Heyvan Sağlamlığı Təşkilatı (ÜHST) tərəfindən təsdiqedilib.

Trend xəbərverir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumatyayıb.

Bildirilir ki, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkəərazisində xırdabuynuzlu heyvanların taunu xəstəliyinə qarşınəzarət və biotəhlükəsizlik tədbirləri davamlı olaraq həyatakeçirilir. Aparılan epizootoloji nəzarət tədbirləri, monitorinqlər,laborator müayinələr və xəstəliyin ölkə ərazisində qeydəalınmamasını təsdiq edən məlumatlar əsasında hazırlanmış müvafiqhesabat ÜHST-yə təqdim edilib. Hesabat ÜHST-nin 2026-cı ilin fevralayında keçirilmiş Heyvan Xəstəlikləri üzrə Elmi Komissiyasınıniclasında ətraflı qiymətləndirilib və müsbət rəy verilib. Bununlada, Azərbaycanın xırdabuynuzlu heyvanların taunu xəstəliyindən azadölkə statusunun 2025-ci il üzrə illik təsdiqi həyata keçirilib.

Qeyd edək ki, sözügedən statusun saxlanılması ilə bağlı yekunqərarın ÜHST-nin 2026-cı ilin may ayında keçiriləcək BaşAssambleyasında qəbul ediləcək müvafiq qətnamə ilərəsmiləşdirilməsi nəzərdə tutulur.

Chosen
69
6
az.trend.az

7Sources