EN

“Big Mac” indeksinə görə, manat “real dəyərindən” 36.2% ucuzdur

“The Economist” jurnalının dərc etdiyi “Big Mac” indeksinin son məlumatları göstərir ki, Azərbaycan manatı ABŞ dollarına qarşı hələ də ciddi dərəcədə ucuz qiymətləndirilmiş hesab olunur.

Kommersant.az xəbər verir ki, 2026-cı ilin yanvarında Azərbaycanda bir “Big Mac” burgerinin qiyməti 6.65 manat, ABŞ-da isə $6.12 olub. Bu qiymətlərə əsasən hesablanan nəzəri məzənnə 1.09 manat təşkil edir. Faktiki məzənnə isə 1.70 manat olduğundan, indeks manatın təxminən 36.2% dəyərindən ucuz qiymətləndirilmiş (undervalued) göstərir.

Bununla belə son trend isə manatın bu indeksə görə əyərindən ucuz qiymətləndirilməsi göstəricisi yavaş-yavaş yumşalır. Müqayisə üçün, 2025-ci ilin iyulunda Azərbaycanda “Big Mac”in qiyməti 6.46 manat, ABŞ-da isə $6.01 idi. Həmin dövrdə nəzəri məzənnə 1.07 manat hesablanmış və manatın 36.8% dəyərindən ucuz qiymətləndirilmiş olduğu müəyyən edilmişdi.

2025-ci ilin yanvarında isə Azərbaycanda “Big Mac” 6.24 manat, ABŞ-da isə $5.79 idi. Bu zaman nəzəri məzənnə 1.08 manat olmuş və manatın 36.6% dəyərindən ucuz qiymətləndirilmiş olduğu göstərilmişdi.

2020-ci ilin yanvarında “Big Mac” burgerinin qiyməti 3.95 manat, ABŞ-da isə $4.82 idi. Bu qiymətlərə əsasən hesablanan nəzəri məzənnə 0.82 manat təşkil edirdi. Nəzəri və faktiki 1.70 manat məzənnəsi arasındakı fərq isə Azərbaycan manatının təxminən 51.7% ucuz qiymətləndiriyi bildirilirdi.

İndeksə görə, dəyərindən isə ən ucuz 55.3% olmaqla Cənubi Afrika randı, dəyərindən ən baha qiymətləndirlən isə 39.3% ilə İsveçrə frankıdır.

XATIRLATMA:

“Big Mac” dünyaca məşhur fəst-fud burgeridir və “McDonald’s” tərəfindən satılır. İlk dəfə 1967-ci ildə ABŞ-da təqdim edilib və hazırda dünyanın onlarla ölkəsində eyni reseptlə hazırlanır.

“Big Mac”in iqtisadi əhəmiyyəti isə onun əsasında hesablanan “Big Mac Index” ilə bağlıdır. Bu indeks 1986-cı ildə “The Economist” jurnalı tərəfindən yaradılıb və müxtəlif ölkələrdə burgerin qiymətini müqayisə edərək valyutaların real dəyərini ölçmək üçün istifadə olunur.

Eyni məhsulun müxtəlif ölkələrdə qiymətinin müqayisəsi valyutaların ucuz (undervalued) və ya bahalı (overvalued) olub-olmadığını sadə şəkildə göstərdiyi üçün “Big Mac” indeksi iqtisadi analizlərdə tez-tez istifadə edilir.

Chosen
12
1
kommersant.az

2Sources