"Leypsiq" mərkəz müdafiəçisi Kastello Lukeba "Arsenal" klubuna keçə bilər.
90deqiqe.Az-ın "L'Equipe"yə istinadən məlumatına görə, "topçular" artıq 23 yaşlı futbolçunun agentləri ilə danışıqlara başlayıblar. Fransız futbolçunun müqaviləsində 80 milyon avroluq sərbəst qalma maddəsi var, lakin "Red Bulls"un daha az - təxminən 60 milyon avro tələb etdiyi bildirilir.
Kastello Lukeba bu mövsüm "Leypsiq"də bütün yarışlarda 95 oyunda 23 qol vurub və 1 məhsuldar ötürmə edib. Transfermarkt-ın məlumatına görə, onun bazar dəyəri 45 milyon avrodur.