EN

“Arsenal” fransalı futbolçu ilə danışıqlara başladı

“Arsenal” yay transfer pəncərəsi üçün “Leyptsiq”in müdafiəçisi Kastello Lukebanı hədəfə alıb.

İdmanxeber.az-ın məlumatına görə, London klubu 23 yaşlı fransalı futbolçu ilə danışıqlara başlayıb. Almaniya təmsilçisi isə onun üçün 60-70 milyon avro tələb edir.

Lukeba bu mövsüm bütün turnirlərdə 23 matçda 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun “Leyptsiq”lə müqaviləsi 2029-cu ilin yayına qədərdir.

Chosen
15
idmanxeber.az

1Sources