Bakı. Trend:
Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumundakı çıxışındaregional təhlükəsizliyin Azərbaycan üçün bir nömrəli prioritetolduğunu vurğulamaqla ölkənin son onilliklərdə keçdiyi mürəkkəbsiyasi və hərbi mərhələlərin məntiqi nəticəsini ifadə etmişoldu.
Bunu Trend-əaçıqlamasında politoloq Azər Qarayev deyib.
Onun sözlərinə görə, Azərbaycanın uzun illər işğal şəraitindəyaşaması, ərazi bütövlüyünün bərpası uğrunda apardığı mübarizə vəpostmünaqişə dövrünə keçid təhlükəsizlik məsələsini dövlətsiyasətinin əsas istiqamətinə çevirib:
"Bu baxımdan dövlət başçısının forumdakı çıxışı yalnız carivəziyyətin qiymətləndirilməsi deyil, həm də Azərbaycanın gələcəkregional strategiyasının konturlarının təqdimatı kimidəyərləndirilə bilər.
Çıxışda diqqət çəkən əsas məqamlardan biri ondan ibarətdir ki,dövlət başçısı təhlükəsizliyi yalnız hərbi aspektdə deyil, dahageniş anlayış kimi təqdim edir. Onun fikirlərindən aydın olur ki,sabitlik, enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq, nəqliyyatdəhlizləri və siyasi dialoq bir-biri ilə sıx bağlı elementlərdir vəbunlardan hər hansı birinin pozulması ümumi təhlükəsizlik mühitinəmənfi təsir göstərir. Bu yanaşma müasir beynəlxalq münasibətlərsistemində geniş yayılmış “kompleks təhlükəsizlik” modelinə uyğungəlir və Azərbaycanın da öz siyasətini məhz bu model üzərindəqurduğunu göstərir".
A.Qarayev qeyd edib ki, Prezident İlham Əliyevin çıxışındamünaqişədən sonra sülh mərhələsinə keçidin xüsusi vurğulanması dadiqqətəlayiqdir:
"Azərbaycanın əvvəlcə hərbi yolla ərazi bütövlüyünü bərpaetməsi, daha sonra isə siyasi və diplomatik vasitələrlə regiondasabitliyin təmin olunmasına çalışması rəsmi Bakının strategiyasınınyalnız qələbə əldə etmək deyil, uzunmüddətli sülh qurmaq üzərindəqurulduğunu göstərir. Dövlət başçısının qeyd etdiyi kimi, sülhünəldə olunmasından sonra sərhəddə sabitliyin yaranması, iqtisadiəlaqələrin bərpası və qarşılıqlı etimadın formalaşdırılmasıregionda yeni mərhələnin başladığını göstərir. Bu yanaşmaAzərbaycanın özünü regionda sabitlik yaradan aktor kimi təqdimetməsinə xidmət edir. Çıxışda beynəlxalq təşkilatların fəaliyyətivə uzun illər davam edən danışıqlar prosesinin nəticəsiz qalmasıilə bağlı səsləndirilən fikirlər də siyasi mesaj kimiqiymətləndirilə bilər. Prezident İlham Əliyev vasitəçilikinstitutlarının səmərəsizliyinə diqqət çəkərək, ikitərəfli dialoqundaha effektiv olduğunu vurğuladı. Bu mövqe Azərbaycanın gələcəkdəregional məsələlərin həllində daha çox birbaşa danışıqlara üstünlükverəcəyini göstərir. Eyni zamanda, bu yanaşma ölkənin öz gücünəarxalanan siyasət yürütmək niyyətində olduğunu da nümayişetdirir".
Politoloq vurğulayıb ki, enerji təhlükəsizliyi ilə bağlıfikirlər çıxışın mühüm hissəsini təşkil etdi:
"Prezident İlham Əliyev Azərbaycanın yalnız enerji istehsalçısıdeyil, həm də etibarlı tərəfdaş kimi çıxış etdiyini qeyd etməkləölkənin beynəlxalq bazarda rolunun artdığını vurğuladı. Qazixracının genişlənməsi, yeni ölkələrin Azərbaycanla əməkdaşlığaqoşulması və boru kəmərləri vasitəsilə həyata keçirilən tədarükcoğrafiyasının böyüməsi ölkənin strateji əhəmiyyətini artıranamillər kimi təqdim olundu. Bu, həm də onu göstərir ki, Azərbaycanenerji siyasətini yalnız iqtisadi gəlir mənbəyi kimi deyil, millitəhlükəsizliyin tərkib hissəsi kimi qiymətləndirir. Nəqliyyat vəlogistika dəhlizləri ilə bağlı səsləndirilən fikirlər də çıxışınəsas istiqamətlərindən biri idi. Dövlət başçısı AzərbaycanınŞərq–Qərb və Şimal–Cənub marşrutlarında mühüm rol oynadığını qeydetməklə ölkənin regional tranzit mərkəzinə çevrildiyini vurğuladı.Xüsusilə yeni kommunikasiya xətlərinin açılması və region ölkələriarasında bağlılığın artırılması ilə bağlı planlar Azərbaycanınpostmünaqişə dövründə iqtisadi inteqrasiya modelinə üstünlükverdiyini göstərir. Bu yanaşma həm də onu göstərir ki, rəsmi Bakısabitliyin yalnız siyasi razılaşmalarla deyil, qarşılıqlı iqtisadimaraqların formalaşması ilə möhkəmlənəcəyini hesab edir".
A.Qarayev vurğulayıb ki, çıxışın ümumi məzmunu onu deməyə əsasverir ki, Azərbaycan hazırkı mərhələdə üç əsas istiqaməti prioritethesab edir: təhlükəsizlik, enerji əməkdaşlığı və regionalbağlılıq.
"Bu üç istiqamət bir-birini tamamlayan elementlər kimi təqdimolunur və ölkənin uzunmüddətli inkişaf strategiyasının əsasınıtəşkil edir. Prezident İlham Əliyevin forum kimi beynəlxalqplatformada bu mövzulara geniş yer ayırması Azərbaycanın öztəcrübəsini beynəlxalq ictimaiyyətlə bölüşmək və eyni zamandaregionda yeni əməkdaşlıq modelini təşviq etmək niyyətində olduğunugöstərir. Ümumilikdə, çıxışdan belə nəticə çıxarmaq olar ki,Azərbaycan postmünaqişə dövründə siyasətini güc amili ilə yanaşıdiplomatiya, iqtisadi əməkdaşlıq və regional inteqrasiya üzərindəqurmağa çalışır. Bu yanaşma ölkənin yalnız milli maraqlarınıqorumağa deyil, eyni zamanda Cənubi Qafqazda uzunmüddətli sabitlikvə təhlükəsizlik mühitinin formalaşmasına yönəldiyini nümayişetdirir".