EN

"Müctəba Xamenei artıq həyatda yoxdur" - MOSSAD paylaşım etdi!



İsrail tərəfi iddia edir ki, İranın yeni təyin olunmuş ali dini lideri Müctəba Xamenei artıq həyatda yoxdur. Bu barədə MOSSAD-ın X sosial şəbəkəsindəki Fars bölməsinin Müctəba Xameneinin atası Əli Xameneinin yerinə təyin olunması ilə bağlı yerləşdirdiyi paylaşım müzakirələrə səbəb olub. “Onlara rəhbərlik etmək üçün ölünü seçdilər. Başlamadan əvvəl işini bitirən bir ölü...”, - paylaşımda bildirilib. Maraqlıdır ki, Müctəba Xameneinin yaralanması faktı İran Xarici İşlər Nazirliyi tərəfindən də təsdiqlənmişdi.

Mətləb

Chosen
20
3
baki-xeber.com

4Sources