EN

Bakıda zəngin mənəvi mədəniyyətə malik dünya vətəndaşı haqda "Gəl səndən danışaq, Humay" adlı xatirə gecəsi keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Milli Konservatoriyası “Huma Quşu” Təhsilə YardımFondu ilə birgə “Gəl səndən danışaq, Humay” adlı xatirə gecəsikeçirib.

Trend xəbər verirki, tədbirin açılışında Azərbaycan Milli Konservatoriyasınınrektoru, sənətşünaslıq doktoru, əməkdar incəsənət xadimi, professorKəmalə Dadaşzadə çıxış edərək bildirib ki, gecənin əsas məqsədi 36yaşında faciəvi şəkildə dünyasını dəyişmiş Humay Quliyevanınobrazını gənclərə mümkün qədər dolğun şəkildə təqdim etməkdir. Oqeyd edib ki, Humay Quliyeva zəngin mənəvi mədəniyyətə, yüksəkintellektə və ünsiyyət mədəniyyətinə malik bir insan idi və qısaömrünü dünyanın müxtəlif yerlərində ehtiyacı olan uşaqlara yardımetməyə həsr etmişdi.

Humay Quliyeva beynəlxalq humanitar təşkilatlarla, o cümlədənBeynəlxalq Qızıl Xaç Komitəsi ilə əməkdaşlıq edib, Azərbaycanın,Amerikanın və Afrikanın da daxil olduğu bir çox ölkədə müxtəlifhumanitar aksiyalarda iştirak edib. O həmçinin, AvropadaAzərbaycanlı Tələbələr Forumunun fəal iştirakçılarından biri olubvə bir sıra nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq edib.

Məhz buna görə də onun vəfatından sonra “Huma Quşu” TəhsiləYardım Fondu yaradılıb. Fondun əsas məqsədi aztəminatlı ailələrdənolan istedadlı və qabiliyyətli gənclərə maliyyə dəstəyi göstərərəkonların həm Azərbaycanda, həm də xaricdə bakalavr və magistrsəviyyəsində keyfiyyətli təhsil almasına imkan yaratmaqdır. Fondeyni zamanda onların cəmiyyət üçün faydalı, xeyirxah və vətənpərvərgənc vətəndaşlar kimi formalaşmasına dəstək verir.

Bundan əlavə, fond Qarabağ müharibəsi veteranlarına da maliyyədəstəyi göstərir, onların müasir texnologiyalar sahəsində müxtəlifkurslarda təhsil almasına, ixtisaslarını artırmasına və yenipeşələrə yiyələnməsinə kömək edir.

“Huma Quşu” fondunun prezidenti, Humayın anası Şəhla Vəzirovaqızı haqqında çox təsirli xatirələrini bölüşüb.

Gecə ərzində Humayın obrazı müxtəlif xatirələr, onun özyazıları, ona həsr olunmuş mahnılar, həmçinin onun ifa etməyisevdiyi Azərbaycan və xarici bəstəkarların əsərləri vasitəsilətəqdim olunub. Tədbirdə Humayın dostları və həmkarlarınınxatirələri səsləndirilib, “Humayla birlikdə oxuyaq” və “Humayıxatırlayaraq” formatında çıxışlar təqdim olunub, onun sözlərinəyazılmış mahnı ifa edilib və konservatoriya tərəfindən hazırlanmışvideoçarx nümayiş etdirilib.

Konsert proqramında xalq artistləri Mənsum İbrahimov və ElçinHəşimov, əməkdar artistlər Elnur Əhmədov və Emil Əfrasiyab,musiqişünas Şəfaqət Məmmədova, konservatoriyanın tələbələri və gəncistedadlar çıxış ediblər.

“Huma Quşu” fondu xatirə gecəsinin keçirilməsinə və Humayın əzizxatirəsinin yad edilməsinə görə Azərbaycan MilliKonservatoriyasının rəhbərliyinə və tədbir iştirakçılarına dərintəşəkkürünü bildirib.

Fond haqqında daha ətraflı məlumatı rəsmi internet saytındanəldə etmək mümkündür: https://humagushu.az/

Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Məqalədə:
Chosen
24
1
az.trend.az

2Sources