Azərbaycanda vəzifəli şəxs həbs olundu
“Naxçıvan Taxıl Məhsulları” MMC-nin rəhbəri həbs olunub.
aia.az-ın APA-ya istinadən məlumatına görə, MMC-nin icraçı direktoru Şakir Tarverdiyev vəzifə cinayətlərində ittiham olunur, onun barəsində həbs qətimkan tədbiri seçilib.
Bununla bağlı Naxçıvan Şəhər Məhkəməsi qərar verib. Onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Şakir Tarverdiyevlə bağlı Baş Prokurorluqda cinayət işi başlandığı bildirilir. O, vəzifə cinayətlərində ittiham olunur.