EN

Dünyanın səyahət üçün ən yaxşı şəhəri seçildi


Avstraliyanın Melburn şəhəri 2026-cı ildə dünyanın ən yaxşı səyahət şəhəri seçilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə reytinqi nüfuzlu “Time Out” jurnalı təqdim edib.
Qalibləri müəyyən etmək üçün nəşrin komandası dünyanın 150 şəhərindən 24 mindən çox turist arasında sorğu keçirib.
Reytinq tərtib edilərkən, digər amillərlə yanaşı, qastronomiya, mətbəx, alış-veriş, memarlıq, muzeylər, parklar, həmçinin, yerli sakinlərin mehribanlığı nəzərə alınıb.
2026-cı ilin ən yaxşı şəhərlərinin yekun reytinqini müəyyən etmək üçün turistlər arasında aparılan sorğunun nəticələri 100-dən çox “Time Out” ekspertinin səsləri ilə birləşdirilib.
Reytinqə görə, həm turistlər, həm də ekspertlər Melburna əsrlər boyu davam edən kulinariya ənənələri, həmçinin qeyri-adi estetik küçələrinə görə, baş çəkməyi tövsiyə edirlər.
Reytinq cədvəlində ikinci yeri zəngin tarixi və müasir texnologiyası ilə Çinin Şanxay şəhəri tutub.
Özünəməxsus mətbəxi və canlı mədəni həyatı ilə Şotlandiyanın Edinburq şəhəri isə ilk üçlüyü tamamlayıb.
Reytinqə həmçinin London (Böyük Britaniya), Nyu-York (ABŞ), Keyptaun (Cənubi Afrika Respublikası), Mexiko (Meksika), Banqkok (Tailand), Seul (Cənubi Koreya) və Tokio (Yaponiya) daxil olub.
Chosen
18
yeniavaz.com

1Sources