EN

Qlobal Bakı Forumu problemlərin həll olunduğu platformaya çevrilib

Qlobal Bakı Forumu artıq uzun müddətdir ki, beynəlxalq problemlərin müzakirəsi üçün mühüm platforma rolunu oynayır. 

2013-cü ildən Azərbaycanda keçirilən bu tədbir Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə baş tutur. Forum müxtəlif ölkələrdən gələn nümayəndələri bir araya gətirərək dünya siyasətində baş verən proseslər, qlobal təhlükəsizlik məsələləri, beynəlxalq hüquq və güc balansı kimi mövzular üzrə müzakirələrə şərait yaradır.

XIII Qlobal Bakı Forumunun əhəmiyyəti haqqında danışan Milli Məclisin deputatı Aydın Mirzəzadə Hit.az-a açıqlamasında bildirib ki, artıq Qlobal Forum ənənəsi dünyada geniş yayılıb:

394397

"Forum tək bir məsələnin deyil, dünyanın qarşısında duran məsələlərin müzarəsi ilə bağlıdır. Qlobal Bakı Forumu problemlərin həll olunduğu platformaya çevrilib. Ölkə rəhbərləri, müxtəlif sahələr üzrə ekspertlər ölkə gündəmində olan məsələləri müzakirə edir, problemdəm çıxış yolunu qeyd edirlər.  XIII Qlobal Bakı Forumunun şüarı keçid dövrü ilə bağlı fikir ayrılığının aradan qaldırılmasıdır".


Millət vəkili qeyd edib ki, dünya bu gün keçid dövrünü yaşayır:

"İkinci Dünya müharibəsindən sonra qurulan hüquq və təhlükəsizlik sistemi demək olar ki, işləmir. Bu baxımdan, yeni münasibətlərin toplumunun bərqərar olunması ciddi bir məsələyə çevrilib. Azərbaycan Qlobal Bakı Forumuna ev sahibliyi etməklə bu məsələyə öz münasibətini bildirir. 

Cənab Prezident İlham Əliyev çıxışında Azərbaycanın öz ərazi bütövlüyünü, stabilliyini və təhlükəsizliyini təmin etməsi ilə bağlı öz təcrübəsini bölüşüb. Çıxışlarda da ölkəmizin mövqeyi bir daha dəstəkləndi. Prezident İlham Əliyevin apardığı siyasi kurs nəticəsində Azərbaycan öz problemini həll edən ölkə nümunəsini ortaya qoydu".

Günel Cəlilova

Chosen
53
50
hit.az

10Sources