EN

Azərbaycanda bu tələbələrə əlavə təqaüd veriləcək

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) “Su ehtiyatlarının idarə edilməsi” magistr proqramına qəbul olan bütün tələbələrə əlavə təqaüd veriləcək.

NOCOMMENT.az xəbər verir ki, bununla bağlı ADNSU ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) arasında müqavilə imzalanıb.

Müqaviləyə əsasən, Dövlət Agentliyi magistr proqramında təhsil alan həmin tələbələrə verilməsi üçün ADNSU-ya ümumilikdə 18 min manat vəsait köçürüb.

“Təhsil təqaüdü” adlanan bu vəsait 2025–2026-cı tədris ili üçün elan edilən “Su ehtiyatlarının idarə edilməsi” magistr proqramına qəbul olan tələbələrə veriləcək.

Məlumata görə, UFAZ-da ilk dəfə ötən ilin setyabrından tədris olunan “Su ehtiyatlarının idarə olunması və mühafizəsi” ixtisası üzrə magistr pilləsində hazırda 9 tələbə təhsil alır.

Xatırladaq ki, Dövlət Agentliyi ilə ali təhsil müəssisəsi arasında bu əməkdaşlıq su ehtiyatlarının idarə olunması sahəsində kadr potensialının artırılması məqsədi daşıyır./İqtisadiyyat.az/

Chosen
7
5
nocomment.az

10Sources