Barəsində ağır ittihamlar səsləndirilən vəkil Raul Ramazanov Vəkillər Kollegiyasından çıxarılıb. Pravda.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, kollegiyanın İntizam Komissiyası belə qərar qəbul edib.
Â
Qərara əsasən, R.Ramazanov artıq kollegiyanın üzvü deyil.
Â
Qeyd edək ki, iki ay əvvəl ixtisasca həkim olan L.Abdullayeva R.Ramazanova qarşı ağır ittihamlar irəli sürüb. Hazırda onlar arasında məhkəmə çəkişməsi gedir.