Əfqanıstan rəhbərliyinin sözçüsü Zabihullah Mücahid Pakistanın paytaxt Kabil və digər bölgələri havadan bombaladığını, nəticədə mülki şəxslərin həyatını itirdiyini açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, Kabildə fəaliyyət göstərən "Tolo News" kanalının xəbərinə görə, Mücahid iki ölkə arasında davam edən qarşıdurmalarla bağlı bəyanat verib.
Mücahid Pakistanın Kabil ilə yanaşı Qəndahar, Paktia, Paktika və digər bölgələri də bombaladığını bildirib.Mülki şəxslərə məxsus evlərin də hədəf alındığını qeyd edən Mücahid, qadın və uşaqların həyatını itirdiyi barədə məlumat paylaşıb.
Mücahid ən kəskin şəkildə pislədikləri bu hərəkətin cavabsız qalmayacağını bəyan edib. "Tolo News" kanalına danışan mənbələr isə hücumlar nəticəsində 4 mülki şəxsin həyatını itirdiyini, 25 nəfərin yaralandığını və 4 evin tamamilə dağıldığını bildiriblər.