EN

Kamilov: Özbəkistan Zəngəzur dəhlizinin reallaşdırılmasını dəstəkləyən ilk ölkələrdən biridir

Özbəkistan Zəngəzur dəhlizinin yaradılmasını dəstəkləməyə hazır olan ilk ölkələr sırasındadır.

"Far.Az"un məlumatına görə, bu barədə Özbəkistan Prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Əbdüləziz Kamilov XIII Qlobal Bakı Forumunda bildirib.

Onun sözlərinə görə, ölkə layihəni təkcə təhlükəsizliyin təmin edilməsinin bir aləti kimi deyil, həm də regional tərəfdaşların rəqabətqabiliyyətliliyinin artırılması üçün strateji şərt kimi nəzərdən keçirir.

Ə.Kamilov qeyd edib ki, Özbəkistan Şərqi Asiya, Yaxın Şərq və Avropa ölkələri arasında əlaqəliliyi təmin edəcək nəqliyyat marşrutlarını əhatə edən çoxsəviyyəli tərəfdaşlıq sisteminin yaradılmasını müdafiə edir.

O vurğulayıb ki, bu marşrutların inteqrasiyası regionun həm iqtisadi, həm də nəqliyyat-logistika təhlükəsizliyini möhkəmləndirən diversifikasiya olunmuş sistemin formalaşdırılmasına imkan verəcək.

Chosen
53
far.az

1Sources