EN

“Çelsi” kapitanı Ris Ceymslə yeni müqavilə bağladı

“Çelsi” klubu müdafiəçi və komandanın kapitanı Ris Ceyms ilə yeni uzunmüddətli müqavilə imzalayıb.

90deqiqe.Az-ın "The Athletic"ə istinadən məlumatına görə,  26 yaşlı futbolçunun yeni müqaviləsi 2032-ci ilin ortalarına qədər nəzərdə tutulub.

Əvvəlki müqaviləsi 2028-ci ilin yayında başa çatmalı idi.

Cari mövsümdə “Çelsi” müdafiəçisi Premyer Liqada 26 oyunda iştirak edib, 2 qol vurub və 4 məhsuldar ötürmə edib. Turnir cədvəlində London klubu 48 xalla altıncı pillədə qərarlaşıb.

Chosen
59
90deqiqe.az

1Sources