EN

Stolüstü tennisçilərimiz Almaniyada 3-cü olub

Stolüstü tennisçilərimiz Almaniyanın Berlin şəhərində təşkil olunan “WTT Youth Contender” turnirində uğurla çıxış ediblər. Oğlanlardan ibarət seçmə komandanın baş məşqçisi Ramin Cəfərovun rəhbərliyi ilə yarışa qatılan 3 idmançıdan ikisi mükafata layiq görülüb. İstedadlı tennisçilər Onur Quluzadə U15, Ələkbər Mirzəliyev isə U11 yaş dərəcəsində üçüncü yeri tutublar.

Dünən Çexiyaya yollanan komandamızın üzvləri Onur Quluzadə, Ələkbər Mirzəliyev və Cəfər Almədədlidən ibarət trio Havirov şəhərində keçiriləcək analoji turnirdə də etimadı doğrultmağa çalışacaq.

Qabil YUSİFOĞLU
XQ

Chosen
11
1
xalqqazeti.az

10Sources