EN

İsrailin Müdafiə Qüvvələrinin qərargahı vuruldu

Martın 13-də İran ordusu İsrailin "Beer-Şeva" bölgəsindəki Müdafiə Qüvvələrinin qərargahına pilotsuz təyyarələrlə zərbələr endirib.

News365.az-ın məlumatına görə, İran ordusunun mətbuat xidməti açıqlama yayıb.

"Bu səhər İran İslam Respublikası ölkənin müxtəlif yerlərindən İsrail Müdafiə Qüvvələrinin qərargahına pilotsuz təyyarələrlə zərbələr endirib", - deyə İran dövlət televiziyası mətbuat xidmətinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, İsrailin digər hərbi hədəflərinə zərbələr yaxın saatlarda da davam edəcək.

Chosen
59
news365.az

1Sources