EN

ABŞ-də beysbolçu kartı rekord qiymətə satıldı – 5,2 milyon dollar…

 
ABŞ Böyük Liqasının (MLB) “Nyu-York Yankis” beysbol komandasının oyunçusu Aaron Cadcın kartı hərracda rekord qiymətə - 5,2 milyon dollara satılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “NBC News” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, 2013-cü ildə çap edilən kart “Fanatics Collect” hərrac evi tərəfindən hərraca çıxarılıb.
Bundan əvvəlki rekord 2020-ci ildə 3,9 milyon dollara satılan “Los Anceles Encels” beysbol komandasının oyunçusu Mayk Trautun kartına aid olub.
Qeyd edək ki, 33 yaşlı Cadc 2016-cı ildən bəri “Nyu York Yankis” komandasında oynayır. O, 2017-ci ildə “İlin Təcrübəli Oyunçusu” mükafatını qazanıb və o vaxtdan bəri daha üç dəfə (2022, 2024 və 2025) Amerika Liqasının Ən Dəyərli Oyunçusu (MLB) seçilib. Cadc MLB “All-Star” oyununda yeddi dəfə oynayıb.
Chosen
14
2
yeniavaz.com

3Sources