Bakı şəhəri, Qaradağ rayonu ərazisində avtomobillərə texniki baxış kompleksinin tikintisi ilə bağlı tender elan edilib.
Day.Az xəbər verir ki, Milli.Az-ın əldə etdiyi məlumata görə, ehtimal olunan qiymət 21 milyon 422 min 434 manat 29 qəpik təşkil edir.
Satınalan təşkilat Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsidir.
Müsabiqədə iştirak 3.213,37 AZN manat, istifadə haqqı isə 25 manat təşkil edir.